...

Rəqabət Məcəlləsi payız sessiyasında Milli Məclisə təqdim olunacaq

İqtisadiyyat Materials 16 İyun 2022 13:18 (UTC +04:00)
Rəqabət Məcəlləsi payız sessiyasında Milli Məclisə təqdim olunacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib.

Trend-in məlumatına görə, bunu Xidmətin rəisi Məmməd Abbasbəyli "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.

O qeyd edib ki, Məcəllə Milli Məclisə təqdim olunacaq.

“Ümidvarıq ki, Rəqabət Məcəlləsi bu il ərzində payız sessiyasında Milli Məclisə təqdim olunacaq”, - deyə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti