...

Əmək Məcəlləsinə sahibkar-işçi münasibətləri ilə bağlı dəyişikliklər təklif edilir

İqtisadiyyat Materials 20 İyun 2022 12:13 (UTC +04:00)
Əmək Məcəlləsinə sahibkar-işçi münasibətləri ilə bağlı dəyişikliklər təklif edilir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda xüsusilə pandemiyadan sonra əmək münasibətlərində ciddi transformasiya baş verib, bir sıra istiqamətlər üzrə yeni çağırışlar ortaya çıxıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, Əmək Məcəlləsinə işəgötürənlə işçi arasında balansı təmin etmək niyyəti daşıyan 174 dəyişiklik hazırlanıb və hökumətə təklif edilib.

"Bu dəyişikliklərin cari ildə qəbul edilməsinə ümid edirəm. Çalışırıq ki, işəgötürənlə işçi arasında düzgün balansı formalaşdıraq. Düşünürəm ki, yeni proqramlar çərçivəsində bu uzlaşmanı daha da genişləndirə biləcəyik. Məqsədimiz məhsuldar əməyin artırılması, işçilərin sosial rifahının təmin olunmasıdır", - nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti