...

Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməldir - Dmitri Pankin

İqtisadiyyat Materials 24 İyun 2022 11:06 (UTC +04:00)
Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməldir - Dmitri Pankin
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan üçün əsas məqsədlərdən biri iqtisadiyyatın diversifikasiya edilməsidir. Beynəlxalq rəqabətli iqtisadiyyatın yaradılması çox mühüm vəzifədir.

Trend-in məlumatına görə, bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda QDTİB-nin Prezidenti Dmitri Pankin deyib.

D.Pankin bildirib ki, bu gün geosiyasi vəziyyət gərgindir. Rusiya-Ukrayna məsələsi Azərbaycan qarşısında da logistika və digər məsələlərdə çətinliklər yaradır. O bildirib ki, Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməldir.

“Azərbaycan kifayət qədər zəngin dövlətdir, ancaq bizə əlavə təcrübələr lazımdır ki, onlar əsasında layihələr hazırlaya bilək”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti