...

Qadın sahibkarların Qarabağın bərpasına cəlb edilməsi üçün zəruri şərait yaradılıb - Deputat

İqtisadiyyat Materials 29 İyun 2022 11:34 (UTC +04:00)
Qadın sahibkarların Qarabağın bərpasına cəlb edilməsi üçün zəruri şərait yaradılıb - Deputat
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda qadın sahibkarların dəstəklənməsi və Qarabağın bərpasına cəlb edilməsi üçün zəruri şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hicran Hüseynova qadın sahibkarların Azərbaycan-Özbəkistan biznes forumunda deyib.

"Onlarla qadın Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı biznes layihələrini təqdim ediblər və bu layihələr dövlət tərəfindən qəbul olunub", - deyə o bildirib.

O, həmçinin bildirib ki, ölkələr arasında münasibətlər çox yüksək səviyyədədir və Prezident İlham Əliyevin Özbəkistana baş tutmuş səfəri bunu təsdiq edir.

"Səfər zamanı iqtisadi sahədə çox vacib sənədlər imzalanıb. Bugünkü forum da ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinin göstəricisidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti