Bakı. Trend:
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 340 milyon dolları ötüb
Trend-in məlumatına görə, bunu AZPROMO rəhbərinin müşaviri Zöhrab Qədirov Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Öz növbəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov bildirib ki, Azərbaycan bu günədək Gürcüstan iqtisadiyyatına 3,5 milyard dollar investisiya qoyub.
Onun sözlərinə görə, bu investisiyaların 1,5 milyard dollardan çoxu SOCAR-ın payına düşüb.
(Tərcümə: Orxan Nəbiyev)