...

“FINCA Azerbaijan” bazarda istiqrazların həcmini artırıb

İqtisadiyyat Materials 29 İyun 2022 12:21 (UTC +04:00)

Bakı. Trend:

Ölkənin aparıcı mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” 2022-ci il iyunun 28-də Bakı Fond Birjasında (BFB) 3 milyon manat məbləğində faizli, təminatsız, sənədsiz adlı istiqrazların üçüncü yerləşdirməsini keçirtmişdir. Son altı ayda BFB dəstəyilə yerli investorlardan 6 milyon manat uğurla cəlb edən bu tanınmış qeyri bank kredit təşkilatı üçün bu ardıcıl olaraq üçüncü istiqraz yerləşdirilməsidir.

"Azərbaycanda 20 ildən artıq fəaliyyət göstərərək, bazarda istiqrazlara kifayət qədər tələbatın olduğunu gördük, ona görə də biz təkcə böyüməmizi maliyyələşdirmək üçün deyil, həm də müştərilərimizin bizneslərini inkişaf etdirməsinə dəstək olmaq üçün yerli istiqraz bazarına çıxışı davam etdirmək qərarına gəldik",- “FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant vurğulayıb.

“FINCA Azerbaijan” 2022-ci ildə fəaliyyətinin səmərəliliyini artırmağa davam edərək, bu ilin sonuna qədər regional filiallarının sayını 22-dən 28-ə çatdırmağı planlaşdırır.

İstiqrazların yerləşdirilməsinin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. İstiqraz alışında iştirak etmək istəyənlər BFB üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti