...

Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub

İqtisadiyyat Materials 18 Avqust 2022 12:52 (UTC +04:00)
Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın növbəti iclası keçirilmişdir.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda "Azərbaycan Hava Yolları" QSC-nin, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və aviasiya subyektlərinin rəhbər heyəti iştirak etmişdir.

İclasda iştirakçılar mülki aviasiyanın hal-hazırda bütün dünyada üzləşdiyi çağırışları, Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra əsas məsələləri müzakirə etmiş, gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas prioritetləri müəyyən edilmişdir.

Görüşdə aviasiya təhlükəsizliyi mədəniyyətinin hərtərəfli tətbiqinin zəruriliyi və aviasiya təhlükəsizliyinin təmin edilməsinin "Azərbaycan Hava Yolları" üçün birinci dərəcəli prioritet kimi vacibliyi vurğulanmışdır.

AZAL-ın bütün strukturları bundan sonra da digər idarələrlə əlaqəli şəkildə bu məsələyə böyük diqqət göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti