...

Azad olunan ərazilərdə zərərli orqanizmlərdən azad zonalar yaradılacaq

İqtisadiyyat Materials 5 Sentyabr 2022 12:09 (UTC +04:00)
Azad olunan ərazilərdə zərərli orqanizmlərdən azad zonalar yaradılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın bir müddətdə işğal altında olması səbəbindən həmin ərazilərdə hər hansı bir fitosanitar nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmayıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda bu ərazilərin bərpası, fitosanitar vəziyyətinin öyrənilməsi və torpaqların əkin dövriyyəsinə daxil edilməsi istiqamətində intensiv işlər görülməkdədir.

"Gələcəkdə bu ərazilərdə zərərli orqanizmlərdən azad zonaların yaradılması nəzərdə tutulur. Bundan başqa, aparılan islahatlar, müasir çağırışlar nəzərə alınmaqla və beynəlxalq ekspertlərin iştirakı ilə “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi hazırlanmaqdadır. Bütün bunların Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəyinə əminliyimizi bildiririk" - deyə Q.Təhməzli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti