...

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin Azərbaycana səfəri gözlənilir

İqtisadiyyat Materials 8 Sentyabr 2022 11:51 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin Azərbaycana səfəri gözlənilir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso sentyabrın 12-də Azərbaycana gələcək.

Trend-in məlumatına görə, səfər çərçivəsində bankın prezidenti Azərbaycanın dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirəcək.

AYİB-nin daha əvvəl qeyd etdiyi kimi, enerji, “yaşıl” texnologiyalar, o cümlədən Gəncədə küçələrin işıqlandırılması layihəsi sahəsində müxtəlif müqavilələrin imzalanması gözlənilir.

Bankın Azərbaycandakı layihələrinin hazırkı kredit portfeli 844 milyon avro həcmində qiymətləndirilir.

AYİB Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir və ölkənin aparıcı investorudur. Ümumilikdə bank Azərbaycanda 181 layihənin həyata keçirilməsinə 3,6 milyard avro sərmayə qoyub.

Twitter: @mariiiakhm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti