...

AYİB və Azərbaycan Gəncə küçələrinin işıqlandırılmasının modernləşdirilməsi ilə bağlı saziş imzalayacaq

İqtisadiyyat Materials 10 Sentyabr 2022 12:03 (UTC +04:00)
AYİB və Azərbaycan Gəncə küçələrinin işıqlandırılmasının modernləşdirilməsi ilə bağlı saziş imzalayacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Azərbaycana səfəri zamanı Gəncə şəhərinin küçələrinin işıqlandırılmasının modernləşdirilməsinə kömək barədə saziş imzalayacaq.

Bunu Azərbaycana səfəri ərəfəsində Trend-ə özəl müsahibəsində AYİB-in prezidenti Odil Reno-Basso deyib.

Onun sözlərinə görə, Gəncə 2020-ci ildə AYİB-in "Yaşıl şəhərlər" proqramına qoşulan ilk Azərbaycan şəhəri olub

"İyul ayında biz Gəncə üçün "Yaşıl şəhər" fəaliyyət planını işə saldıq. Fəaliyyət planı iqlim dəyişikliyi ilə bağlı problem və riskləri müəyyənləşdirmək və prioritetləşdirməklə yanaşı, həm də şəhər infrastrukturuna məqsədyönlü investisiyalar və siyasət tədbirləri vasitəsilə bu problemləri həll edir. Fəaliyyət Planı həm də şəhərlərin uzunmüddətli dayanıqlı inkişafına maliyyə cəlb etmək üçün bir vasitədir. Bu il Gəncədə ağıllı tullantı toplama sistemləri və marşrutların optimallaşdırılmasının tətbiq olunması üçün 10 milyon avro kredit ayrılıb. Burada yaşayan 300 mindən çox insan üçün bu, tullantıların yandırılmasını minimuma endirmək, əhalinin sağlamlığını və ətraf mühiti yaxşılaşdırmaq, bələdiyyə işçilərinin iş şəraitini yaxşılaşdırmaq deməkdir”, - deyə o bildirib.

Odil Reno-Basso ümidvar olduğunu bildirib ki, bu, Azərbaycanın yaşıl infrastrukturuna çoxsaylı investisiyalardan biri olacaq.

"Gəncə sakinləri üçün küçələrin işıqlandırılması layihəsi enerji səmərəliliyinin əhəmiyyətli dərəcədə artması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və daha yüksək təhlükəsizlik səviyyəsi deməkdir", - AYİB prezidenti deyib.

O, bu təşəbbüsün Azərbaycanın digər şəhərlərində də həyata keçirilə biləcəyini istisna etməyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti