...

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin Azərbaycana səfəri başlayıb

İqtisadiyyat Materials 12 Sentyabr 2022 10:58 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin Azərbaycana səfəri başlayıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso Azərbaycana işgüzar səfər edib.

Trend-in məlumatına görə, bank rəhbəri səfəri zamanı Azərbaycanın siyasi rəhbərliyi, diplomatik ictimaiyyət, işgüzar tərəfdaşlarla görüşlər keçirəcək.

Bundan başqa, Gəncədə küçə işıqlandırması layihəsinin və Azərbaycanda "Yaşıl şəhər" proqramı çərçivəsində bankın ikinci layihəsi üzrə sazişin imzalanması gözlənilir.

Həmçinin, AZPROMO ilə telekommunikasiya, media və texnologiya sektorunun inkişafı ilə layihənin işə salınması planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti