...

HUAWEI şirkəti Bakı Şəbəkə İnnovasiya Sammitini təşkil edib

İqtisadiyyat Materials 13 Sentyabr 2022 14:00 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 6-da Huawei şirkəti Bakıda Şəbəkə İnnovasiya Sammitini təşkil etmişdir. Sammitdə aparıcı beynəlxalq mütəxəssisllər İKT infrastrukturu və “ağıllı” İP şəbəkələri üzrə müzakirələr aparmışdır.

Azərbaycandakı mühüm şəbəkə operatorları və İKT şirkətlərinin nümayəndələri, digər sahə ekspertləri, həmçinin HUAWEI-in mütəxəssisləri Bakıda toplaşaraq İKT sahəsindəki qlobal yenilikləri müzakirə etmiş, İKT infrastrukturasından ən səmərəli şəkildə istifadə etməyin perspektivlərindən bəhs etmişdirlər.

Son illər ərzində Azərbaycanda dövlət tərəfindən sakinlər üçün göstərilən xidmətlərdə elektron vasitələri tətbiq etməsi nəticəsində rəqəmsal texnologiyalar surətlə inkişaf etmişdir.

Azərbaycan hökuməti həmçinin bütün ölkə ərazisində evdən istifadə üçün optik şəbəkələrin tikilməsində, müasir mobil telefonların nomenklaturasının genişləndirilməsində və şəbəkə xidmətlərinin maliyyələşdirilməsində fəal rol oynamışdır.

“Rəqəmsal transformasiya artıq qlobal miqyasda cərəyana çevrilib. Dünyanın aparıcı təchizatçılarından biri olaraq, şəbəkə innovasiyası və onun rəqəmsal transformasiya yolunu necə işıqlandırdığı barədə fikirlərimizi bölüşmək üçün bu sahənin aparıcı operatorları, müəssisələri və konsaltinq təşkilatları ilə işləyərək rəqəmsal cəmiyyətin gələcəyinə dair planı birgə hazırlamaq istərdik”,- deyə Huawei-in Azərbaycan ofisinin Baş Direktoru olan David Xu öz açılış çıxışında bildirmişdir.

David Xu, Huawei Azərbaycan Ofisinin Baş Direktoru

Huawei-in Şəbəkə Marketinq və Satış Şöbəsinin rəhbəri Gari Lu “Network 2030” (2030-cu ildə Şəbəkə) haqqında düşüncələrini paylaşaraq daim inkişaf etməkdə olan biznes tələblərinə uyğunlaşmağın yolları barəsində bəhs etmişdir.

Gari Lu öz çıxışında bildirmişdir ki, 2030-ci ildə qlobal qoşulmalar artıq 200 milyarda çatacaq və simsiz mobil şəbəkələr üzrə aylıq adambaşına düşən verilənlər istifadəsi 600 gigabayta yüksələcək. O , “İP şəbəkəsi hər şeyi birləşdirən təməldir”,- deyə qeyd etmişdir. İDC şirkətinin Baş konsaltinq meneceri olan Vasiliy Pimenov şəbəkə operatorları üçün yeni imkanlar yaradan və infrastruktur üçün yeni çağırışlar edən ən son qlobal tendensiyalardan bəhs etmişdir.

“İnsanlar internet trafikinin əsas istifadəçiləri olaraq qalırlar. Internet trafikinin və istehlakının həcmi əsasən insanların nəzarətindədir. Bu vəziyyət yaxın gələcəkdə də belə qalacaq. İnsanlar internetdən əsasən gələcəyin trendinə çevriləcək video yayımı, sosial şəbəkə, mesajlaşma servisləri və oyunlar üçün istifadə edirlər”, - deyə Pimenov qeyd etmişdir.

“Baktelecom” MMC-nin İT departamentinin rəhbəri Asim Namazov İP şəbəkələrinin prinsiplərindən bəhs etmiş və 5G mobil rabitə standartları tələlərinin şirkətin İP infrastrukturunun qurulması prinsiplərinətəsiri barədə fikirlərini bölüşmüşdür.

Asim Namazov bildirmişdir ki, “5G dünya ÜDM-nə töhfə verən ən əsas təkan verici qüvvə olacaq”.

Baktelecom”MMC-nin İT departamentinin rəhbəri Asim Namazov

“Aztetelekom” MMC, İDC və Huawei təmsilçilərinin iştirak etdiyi panel müzakirələrində İP şəbəkəsinin inkişaf və texniki dəstəyi, SRv6-nın təqdimi və “slaysinq” konsepsiyası, avtomatizasiyanın şəbəkələrin idarə edilməsindəki rolu barəsində diskussiyalar aparılmışdır.

“Aztelekom” MMC-nin Baş direktor müşaviri David Məmmədov bildirmişdir ki, “Azərbaycanda yeni şəbəkə texnologiyalarının tətbiq olunması üçün bazarıhərəkətə gətirəcəkən əsas aparıcı qüvvə yaxın iki və ya üç ildən sonra bura gələcək 5G şəbəkəsi olacaq. Bu mobil şəbəkələrin qarşısına əlavə tapşırıqlar qoyacaq”.

Panel məruzəçiləri həmçinin Azərbaycandakı şəbəkə operatorlarının göstərdiyi xidmətlər və problemlər barədə fikir mübadiləsi aparmışdır.

Tədbirin ikinci hissəsində As Group-un nümayəndələri tərəfindən Ağəli və Zəngilan rayonlarında tikilən “ağıllı kəndlərin” təqdimatı ilə başlamışdır. “Bütün binalar karbon “ayaq izini” azaldacaq, resurslara qənaət edən yolla dizayn və inşa olunub. Ağıllı kəndi kran və suvarma suları ilə təmin etmək üçün cazibə qüvvəsi sistemindən istifadə olunub. Ağıllı kəndlərdə həmçinin tullantıların idarə edilməsi üçün ətraf mühitə zərərsiz olan sistem nəzərdə tutulur”, - deyə Mirzə Abdullayev bildirmişdir.

Huawei-in Məhsullar üzrə Baş meneceri Konstantin Kuzmin verilənlərin emalı sahəsindən yeni tendesiyalar və şirkətlərin şəbəkələri üçün aparıcı İP həllərindən bəhs etmişdir.

Tədbirin üçüncü hissəsi internetə çıxış üçün ev şəbəkələrinin həsr olunmuş bölmə ilə açılmışdır. Huawei Avrasiyanın mütəxəssisi Pavel Sirotinkin “Digital Quick ODN” fiber şəbəkələrinin sürətli və effektiv işə salınmasının inqilabi konsepsiyası, eləcə də operator mobil tətbiqlərinin və “Otağa Fiber” konsepsiyasının istifadəsi ilə internetin sürət və keyfiyyətinin artırılması üçün Wi-Fi şəbəkələrinin optimallaşdırmasının təfərrüatları ilə paylaşmışdır.

Huawei-in Optik Məhsul Xətti üzrə mühəndisi Jackie Kuang konfransa uzaqdan video bağlantı vasitəsi ilə qatılaraq Wi-Fi marşrutlayıcılarının su zədələrinə və yüksəkdən düşməyə davamlılığı sınağını nümayiş etdirmişdir. Konfransın yekun hissəsində çıxış edən Huawei Avrasiyada Məhsullar üzrə Baş menecer olan Xmırov İlya yüksək sürətli tam optik DWDM/OTN nəqliyyat şəbəkələrinin qurulması və “Yaşıl” Çevik Optik Şəbəkə” konsepsiyasının həyata keçirilməsi, həmçinin ADN şəbəsəsinin avtonom idarə edilməsi üzrə yeniliklər ilə paylaşmışdır. O, lif tutumunun maksimuma çatdırılması, bir bit üzrə qiymətin və bir gigabitt üzrə gücün aşağı salınması, həmçinin şəbəkənin sadələşdirilməsi və yaşıl dünya qurulmasının yolları haqqında da ətraflı məlumat vermişdir.

Artıq 18 ildir ki, Huawei yerli şəbəkə operatorları və ekosistemdəki digər tərəfdaşlar ilə sıx əməkdaşlıq edərək İKT infrastrukturunun ölkədəki inkişafına töhfə verərək Azərbaycanda fəaliyyət göstərir.

Huawei şirkəti bağlantı şəbəkələrinin inkişafıvə iqtisadiyyatın müxtəlif sahələrinin rəqəmsallaşdırılması sahəsində qlobal təcrübəsini nəzərə alaraq, aparıcı mütəxəssislərin iştirak edəcəyi və rəqəmsal inkişaf üçün mühüm çağırışlar və həll yolları barəsində müzakirələrin aparılacağı bu kimi forumları gələcəkdə də təşkil etməyi davam etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti