...

Bu dövlət rüsumu ləğv edilir

İqtisadiyyat Materials 23 Sentyabr 2022 11:47 (UTC +04:00)
Bu dövlət rüsumu ləğv edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir.

Trend-in məlumatına görə, bu, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti