...

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

İqtisadiyyat Materials 24 Sentyabr 2022 15:08 (UTC +04:00)
Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

Bakı. Trend:

"Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov bağlı qərar imzalayıb.

Sənədə görə, Qərarın 1-ci hissəsində qeyd edilən layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti