Bakı. Trend:
Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-avqust aylarında 141,0 milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 50,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 25,9 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik
tənzimləmə və
idarəetmə üçün cihaz və aparatların istehsalı 3,2 dəfə artıb,
qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri
aparatlarının istehsalı isə 25,0 faiz azalıb.