...

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsi şərtləri yeni qanunla müəyyən edilir

İqtisadiyyat Materials 11 Oktyabr 2022 15:44 (UTC +04:00)
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsi şərtləri yeni qanunla müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri yeni qanunla müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində əksini tapıb.

Bu Qanuna əsasən, dövlət dəstəyi almaq üçün mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən müraciətlərin edilməsi və onlara baxılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti