...

Ölkədə ipoteka krediti üzrə torpaqların ən çox girov qoyulduğu ərazilər açıqlanıb

İqtisadiyyat Materials 31 Oktyabr 2022 15:24 (UTC +04:00)
Ölkədə ipoteka krediti üzrə torpaqların ən çox girov qoyulduğu ərazilər açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.

Qeyd edilib ki, torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (156 müqavilə) və 15 saylı Tovuz (170 müqavilə) ərazi idarələridir.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Sıra №

Ərazi İdarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

5 saylı Xaçmaz Ərazi İdarəsi

1529

17.1%

2.

1 saylı Bakı Ərazi İdarəsi

1440

16.1%

3.

4 saylı Abşeron Ərazi İdarəsi

1070

12.0%

4.

3 saylı Gəncə Ərazi İdarəsi

524

5.9%

5.

2 saylı Sumqayıt Ərazi İdarəsi

471

5.3%

6.

11 saylı Şəmkir Ərazi İdarəsi

446

5.0%

Ölkə üzrə

8946

100%

Məqalədə:
Xəbər lenti

Xəbər lenti