...

Türkiyə limanlarına 12 milyon tondan çox kimyəvi məhsullar daşınıb

İqtisadiyyat Materials 1 Noyabr 2022 09:37 (UTC +04:00)
Türkiyə limanlarına 12 milyon tondan çox kimyəvi məhsullar daşınıb

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 12 milyon 748 min 158 ton kimyəvi məhsullar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara kimyəvi məhsullar qəbulu 893 min 243 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə kimyəvi məhsullar daşınması 11 milyon 854 min 915 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından transit yolu ilə 188 min 457 ton kimyəvi maddə məhsulları daşınıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 992 min 434 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 29 milyon 712 min 664 ton olub”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanlarından 6 milyon 635 min 624 ton transit yük daşınıb.

2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti