...

Azərbaycanın qeyri-neft ixracı 16 faizdən çox artıb

İqtisadiyyat Materials 4 Noyabr 2022 14:30 (UTC +04:00)
Azərbaycanın qeyri-neft ixracı 16 faizdən çox artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 2022-ci ilin yanvar-oktyabr ayları üzrə qeyri-neft ixracının statistikası açıqlanıb.

Trend-in bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 385,99 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16,2% çoxdur.

Təkcə cari ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik ifadədə 10,5% artaraq 269,15 mln. ABŞ dollarını ötüb.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2% artaraq 2 713,40 mln. ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti