...

USAID rəhbərinin müavini Azərbaycana gəlir

İqtisadiyyat Materials 4 Noyabr 2022 16:13 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erin Makki noyabrın 4-də Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə bu gün ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Ondan başqa, Avropa və Avrasiya bürosu rəhbərinin köməkçisinin müavini Aleksandr Sokolovski də Azərbaycana gələcək.

Səfər zamanı E.Makki kənd təsərrüfatı nazirinin müavini və Bakı limanının baş direktoru ilə görüşlər keçirəcək. Eyni zamanda, azərbaycanlı qadın sahibkarlarla görüş planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti