Bakı. Trend:
Dövlət Məşğulluq Agentliyi əmək münasibətləri sahəsində rəqəmsallaşma üzərində işləyir.
Trend-in məlumatına görə, bunu çərşənbə axşamı agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli "Baku CEO Summit" beynəlxalq tədbirində deyib.
Onun sözlərinə görə, agentlik təkcə iri müəssisələrlə işçilər arasında deyil, həm də orta bizneslə onun əməkdaşları arasında əmək münasibətləri sahəsində rəqəmsallaşmanı hədəfləyir.
"Bizim məqsədimiz əmək münasibətlərinin yeni alətlərinin yaradılması, qarşılıqlı fəaliyyətin innovativ üsullarının istifadə olunmasıdır", - M.Abbasbəyli bildirib.