...

Milli Məclis DSMF-nin 2023-cü il büdcəsini ikinci oxunuşda müzakirə edəcək

İqtisadiyyat Materials 22 Noyabr 2022 16:18 (UTC +04:00)
Milli Məclis DSMF-nin 2023-cü il büdcəsini ikinci oxunuşda müzakirə edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 22-də keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ümumilikdə növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır. 2022-ci il üzrə isə bu xərclər 5 milyard 606,27 milyon manat proqnozlaşdırlıb. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi (5 907 180 000,0) üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.

Növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq ikinci oxunuşda plenar iclasa tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti