...

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır

İqtisadiyyat Materials 23 Noyabr 2022 18:57 (UTC +04:00)
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mobil şəhərciyin salınması istiqamətində işlər artıq yekunlaşdırılıb. Mobil şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb.

Bu barədə İZİA-dan bu gün Trend-ə bildirilib.

Mobilizasiya şəhərciyinə asfalt yol çəkilib, park salınıb və abadlıq işləri tamamlanıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan Azərbaycan istehsalı olan panellərdən istifadə edilir. Bundan başqa, mobil şəhərcikdə günəş enerjisindən qidalanan oturacaqlar quraşdırılıb. Bu oturacaqlardan istifadə etməklə mobil cihazları enerji ilə təmin etmək mümkündür.

Qeyd edək ki, 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti