...

Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı ciddi tədbirlər görülür - Tahir Mirkişili

İqtisadiyyat Materials 1 Dekabr 2022 12:18 (UTC +04:00)
Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı ciddi tədbirlər görülür - Tahir Mirkişili
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı dövlət tərəfindən ciddi tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bugünkü birgə iclasında deyib.

T.Mirkişili bildirib ki, Azərbaycan regionda ərzaq çatışmazlığının ən aşağı səviyyədə müşahidə olunduğu ölkədir.

“Əgər dövlət vaxtında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər görməsəydi Azərbaycan qıtlıqla üzləşə bilərdi. Dövlət tərəfindən bu istiqamətdə görülən tədbirlər yüksək qiymətləndirilməlidir”, - deyə T.Mirkişili əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti