...

Baş nazir Əli Əsədov qiymət artımlarına münasibət bildirib

İqtisadiyyat Materials 9 Dekabr 2022 11:57 (UTC +04:00)
Baş nazir Əli Əsədov qiymət artımlarına münasibət bildirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Baş nazir Əli Əsədov qiymət artımlarına münasibət bildirib.

Trend-in məlumatına görə, Ə.Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, qiymət artımları, o cümlədən dərman qiymətlərinin artımı regional və qlobal geosiyasi gərginliklə bağlıdır.

Baş nazir vurğulayıb ki, son dövrdə müşahidə olunan regional və qlobal siyasi gərginlik, Rusiya və Ukrayana arasında münaqişə, qlobal təchizat zəncirində qırılma, logistika xərclərinin artımı bahalaşmaya, qıtlığa, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub.

Qeyd edək ki, bu gün 2023-cü ilin dövət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Büdcəyə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti