...

"ASAN müraciət" informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların sayı artırılıb

İqtisadiyyat Materials 29 Dekabr 2022 12:17 (UTC +04:00)

Bakı. Trend:

“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli Qərarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti