...

Mərkəzi Bank gələn il bu tarixlərdə pul siyasətinə yenidən baxacaq

İqtisadiyyat Materials 30 Dekabr 2022 10:26 (UTC +04:00)
Mərkəzi Bank gələn il bu tarixlərdə pul siyasətinə yenidən baxacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə faiz dəhlizinin parametrlərinə dair qərarları 8 dəfə olmaqla ictimaiyyətə təqdim edəcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə məlumatında deyilir.

Bu tarixlər 1 fevral, 29 mart, 3 may, 21 iyun, 26 iyul, 20 sentyabr, 1 noyabr, 20 dekabrdır.

Qeyd olunan tarixlərdən 1 fevral, 3 may, 26 iyul və 1 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti