...

Aktauda Azərbaycanlı İş Adamları Birliyi yaradılacaq

İqtisadiyyat Materials 15 Yanvar 2023 19:13 (UTC +04:00)
Aktauda Azərbaycanlı İş Adamları Birliyi yaradılacaq

Bakı. Trend:

Azərbaycan ilə Qazaxıstan, eləcə də hər iki ölkənin bölgələri arasında iqtisadi, ticarət və humanitar əlaqələrin inkişafı üçün mühüm addımlar atılır. Belə addımlardan biri Qazaxıstanın Aktau bölgəsində Azərbaycanlı İş Adamları Birliyinin yaradılması olacaq.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun binasında yerli Azərbaycan icmasının üzvləri və azərbaycanlı iş adamları ilə keçirilən görüşdə müzakirə aparılıb.

Mangistau Xalq Assambleyası sədrinin müavini, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Şəmsəddin Hüseynov Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı vəzifəsini icra edən Elçin Məmmədovu iştirakçılara təqdim edib.

Sonra Elçin Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan ilə əlaqələrin inkişafına xüsusi önəm verir. O, Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı səfərləri, keçirdikləri görüşlər barədə geniş məlumat verib.

Diplomat ikitərəfli münasibətlərin inkişafında və daha da genişlənməsində icma üzvləri və iş adamlarının mühüm rol oynadıqlarını qeyd edib.

Elçin Məmmədov regionda həyata keçirilən irimiqyaslı layihələrdən danışıb, o cümlədən Orta Dəhliz layihəsində Azərbaycan, Türkiyə və Qazaxıstanın rolunun vacibliyini qeyd edib. Bu istiqamətdə qarşılıqlı sərmayə qoyuluşunun, müştərək müəssisələrin yaradılmasının, dövlət və özəl sektor nümayəndələri arasında müvafiq formatlarda görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti