...

Milas-Bodrum Hava Limanından istifadə edən sərnişinlərin sayı artıb

İqtisadiyyat Materials 16 Yanvar 2023 11:56 (UTC +04:00)
Milas-Bodrum Hava Limanından istifadə edən sərnişinlərin sayı artıb

Bakı. Trend:

2022-ci ilin dekabr ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 34 faiz artaraq, 3 milyon 904 min 83 nəfər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq 2 milyon 42 min 428 nəfər, beynəlxalq reyslər üzrə isə 86 faiz artaraq 1 milyon 861 min 655 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz artaraq 43 min 438 ton təşkil edib. Bununla yanaşı, 2022-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 18 min 842 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 83 faiz artaraq, 24 min 596 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq, 35 min 598 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq 18 min 630, beynəlxalq reyslər üzrə isə 62 faiz artaraq 16 min 968 olub.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti