...

ATS Food MMC şirkətinə Direktor müavini təyin olunub

İqtisadiyyat Materials 18 Yanvar 2023 09:26 (UTC +04:00)
ATS Food MMC şirkətinə Direktor müavini təyin olunub

Bakı. Trend:

Elgün Məhəmmədəlizadə ATS Food MMC şirkətinə Satınalma və Logistika üzrə Direktor müavini təyin olunub.

Bundan əvvəl o Agrotrade Supply MMC şirkətlər qrupunda Qrup Satinalma rəhbəri vəzifəsində çalışmışdır. Həmçinin daha əvvəllər Agro Food İnvestments MMC Qrup Satinalma Meneceri, PMD Group MMC təchizat üzrə qrup rəhbəri vəzifələrində çalışmışdır.

Bakalavr və Magistr təhsilini Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakultəsində almışdır. Daha sonra Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirmişdir. Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti