...

AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

İqtisadiyyat Materials 27 Yanvar 2023 13:17 (UTC +04:00)
AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

Bakı. Trend:

Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni iştiqamət əlavə edir. Mart ayından etibarən aviaşirkət Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 16-dan etibarən “Azərbaycan Hava Yolları” aviaşirkəti həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirsk şəhərinə, martın 19-dan etibarən isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburq şəhərinə uçuşlar yerinə yetirəcək.

AZAL-in tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 18-dən etibarən Samara şəhərinə reyslər yerinə yetirəcək. Bu şəhərə uçuşlar çərşənbə axşamı və şənbə günü nəzərdə tutulub.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətlərin rəsmi www.azal.az və www.butaairways.az saytlarında tanış ola bilərsiniz. Reyslərə aviabiletləri AZAL və “Buta Airways” mobil tətbiqləri vasitəsilə də əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti