...

2030-cu ilədək Bakı limanında qadın əməkdaşların sayının 20 faizə çatdırılması planlaşdırılır

İqtisadiyyat Materials 28 Yanvar 2023 13:44 (UTC +04:00)
2030-cu ilədək Bakı limanında qadın əməkdaşların sayının 20 faizə çatdırılması planlaşdırılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilədək Bakı limanında qadın əməkdaşların sayının 20%-ə çatdırılması planlaşdırılır.

Trend-in məlumatına görə bu barədə bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov STEM festivalına həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu gün QSC-də qadın əməkdaşların sayı yeddi faiz təşkil edir, dünyada isə bu göstərici 1,2 faizdir.

"Azərbaycanda qadınlar üçün istər sahibkarlıq sahəsində, istərsə də iş yerlərində böyük karyera imkanları yaradılmaqdadır. Məsələn, təhsil sahəsində qadın əməkdaşlar üstünlük təşkil edir", - o əlavə edib.

Qeyd edək ki, STEM təhsildə yeni yanaşmadır. Burada təbii-elmi və texniki biliklər üzrə bütün sahələr birləşir, təlim alanlar isə bu bilikləri dərslikdən deyil, yaradıcı tapşırıqları həll etməklə əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti