...

Sənaye zonalarında məhsul istehsalı artıb

İqtisadiyyat Materials 31 Yanvar 2023 12:12 (UTC +04:00)
Sənaye zonalarında məhsul istehsalı artıb

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyədək ümumilikdə 8,8 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,9 milyard manatlıq hissəsi (təqribən 33%-ə yaxın hissəsi) ixrac olunub.

Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 22,7%, ixrac isə 13% artıb.

"Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% təşkil edib", - məlumatda qeyd olunub.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti