...

Türkmənistan XİN Xəzər dənizinin bioloji su ehtiyatları üzrə idarələrarası Komissiyanın fəaliyyət planını müzakirə edir

İqtisadiyyat Materials 2 Fevral 2023 19:43 (UTC +04:00)
Türkmənistan XİN Xəzər dənizinin bioloji su ehtiyatları üzrə idarələrarası Komissiyanın fəaliyyət planını müzakirə edir
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Türkmənistanın Xəzər dənizinin bioloji su ehtiyatları üzrə idarələrarası Komissiyasının növbəti toplantısı 2023-cü il fevralın 1-də Türkmənistanın Xarici İşlər Nazirliyinin binasında keçirilib.

Trend bu barədə Türkmənistan KİV-nə istinadən məlumat verir.

Məlumata əsasən, toplantıda Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, habelə ölkənin bir sıra nazirləri və müvafiq idarə rəhbərləri iştirak edib.

Toplantıda 2023-cü il üzrə fəaliyyət planının ilkin versiyası müzakirə edilib, komissiyanın ötənilki fəaliyyətinin nəticələri nəzərdən keçirilib və komissiyanın fəaliyyətinin prioritet sahələri vurğulanıb.

Toplantıda Xəzəryanı dövlətlərin başçılarının görüşlərində qəbul edilmiş qərarların və müqavilələrin reallaşması təhlil edilib və 2022-ci il iyunun 29-da keçirilən VI Xəzər Sammitinin nəticələri müzakirə olunub.

Həmçinin, Türkmənistanın regionda təhlükəsizliyin, sülhün və stabilliyin təmin edilməsi istiqamətində çalışmağa davam etmək, habelə sahilyanı dövlətlər arasında münasibətləri və əməkdaşlığı gücləndirmək niyyəti qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti