...

Ötən il 382 mindən çox daşınmaz əmlak üzrə mülkiyyət hüququ verilib

İqtisadiyyat Materials 9 Fevral 2023 12:08 (UTC +04:00)
Ötən il 382 mindən çox daşınmaz əmlak üzrə mülkiyyət hüququ verilib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı üzrə 382 319 əməliyyat həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev deyib.

Onun sözlərinə görə, 85 449 əməliyyat ilkin, 296 879 əməliyyat isə təkrar xarakter daşıyıb.

"Əməliyyatların 59,2 faizi torpaq sahələrinin, 24,7 faizi yaşayış binalarının, 12,9 faizi şəxsi evlərin, iki faizi isə qeyri-yaşayış binalarının payına düşüb", - o deyib.

İ.Qabiyev Qarabağ rəqəmsal geoinformasiya sistemi çərçivəsində 30 dövlət strukturunun inteqrasiya işinin tamamlandığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti