...

Biz Qarabağa həm İsraildən, həm də dünyanın digər ölkələrindən şirkətləri cəlb edirik - Sahib Məmmədov

İqtisadiyyat Materials 13 Fevral 2023 14:21 (UTC +04:00)
Biz Qarabağa həm İsraildən, həm də dünyanın digər ölkələrindən şirkətləri cəlb edirik - Sahib Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qarabağa həm İsraildən, həm də dünyanın digər ölkələrindən şirkətləri cəlb edir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağın bərpası üzrə genişmiqyaslı işlər görməyə davam edir.

"Bu ərazilərdə 2030-cu ilədək milli strategiya çərçivəsində Qarabağın bərpa olunacağı və məcburi köçkünlərin köçürülməsi, o cümlədən, bu zonanın Azərbaycan iqtisadiyyatına təkrar inteqrasiyası gözlənilir. Biz, həmçinin, Qarabağın yaşıl və ağıllı texnologiyalar çərçivəsində bərpasına yönəlmişik. Bu istiqamətdə böyük tərəfdaşlıqlara və razılaşmalara nail olacağımızdan və bütün məqsədlərin tam yerinə yetiriləcəyindən əminəm", - o deyib.

Nazir müavini Qarabağın bərpasında əsas mənbənin dövlət büdcəsi olduğunu qeyd edib.

"Biz, həmçinin, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Qarabağa istər İsrail şirkətlərini, istərsə də dünyanın digər ölkələrindən şirkətləri cəlb edirik. 2022-ci ilin yanvar-noyabr ayları ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsi yeddi milyard dollar təşkil edib və bu göstəricinin ancaq artacağından əminik", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti