...

EY Azərbaycan builki “EY İlin İş Adamı” müsabiqəsinin 13 iştirakçısını elan edib

İqtisadiyyat Materials 13 Fevral 2023 11:15 (UTC +04:00)
EY Azərbaycan builki “EY İlin İş Adamı” müsabiqəsinin 13 iştirakçısını elan edib

Bakı. Trend:

“EY İlin İş Adamı 2023” mükafatının qalibinin seçilməsinə cəmi bir neçə gün qalıb.

Bu müsabiqə uğur qazanmaq yolunda qarşısına iddialı məqsədlər qoyan inadkar sahibkarlar və biznes liderləri üçün ən nüfuzlu mükafat proqramlarından biridir. Qalibi sahibkarlıq ruhuna, məqsədyönlülüyünə və ictimaiyyətə göstərdikləri müsbət təsirə görə qiymətləndirərək müstəqil münsiflər heyəti seçir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə keçirilən müsabiqəyə ABB və bp sponsor dəstəyi göstərir. Veysəloğlu Şirkətlər Qrupu da həmçinin müsabiqəyə maliyyə dəstəyi verir. EKVITA konsaltinq şirkəti proqramın tərəfdaşları sırasındadır.

Bu il 13 güclü namizəd “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparacaq. Müsabiqənin qalibi, habelə müxtəlif nominasiyalar üzrə qaliblər Bakıda 16 fevral tarixində keçiriləcək təntənəli mərasimdə elan ediləcək.

EY Azərbaycan şirkəti böyük məmnuniyyətlə bu ilki “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparan 13 sahibkarın adlarını açıqlayır:

Afa HəsənovaIRES

Baba AğayevPickvisa

Elçin BabayevBakı Tekstil Fabriki

Elqar BağırovTimes Consulting

Fuad SeyidəliyevSavalan ASPI Winery

İlham HacıyevLignum Logistic

Nahid CabbarovCrispa Snacks

Nəzrin SadıxovaSpektr Medical Group

Rafiq HunaltayFacemark

Ramil RzayevBaku Holiday Travel

Rübabə MürşüdovaQranit QP

Seymur MəmmədovSimbrella

Zaur Darabzadə - CinemaPlus

“EY İlin İş Adamı” müsabiqəsi haqqında

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti