Bakı. Trend:
2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 568.462 ha ərazidə çöl ölçmə işləri aparılıb və bundan 389.109 ha sahə işğaldan azad edilmiş ərazilərimizi əhatə edib.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, Zəngilan və Qubadlı rayonları üzrə bu istiqamətdə işlər yekunlaşdırılıb və müvafiq kadastr sistemlərinə miqrasiya edilib.