...

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edəcək

İqtisadiyyat Materials 14 Mart 2023 11:24 (UTC +04:00)
Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulması müzakirə edilib.

Trend-in məlumatına görə, komitənin iclasında “Müstəqil Dövlətlər Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Sazişin yerinə yetirilməsi ilə əlaqədar Dövlətlərarası şura yaradılır və bu şura MDB-nin sahə əməkdaşlıq orqanına çevrilir. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti