...

Sumqayıt Kimya Sənaye Parkının ixrac coğrafiyası genişlənir

İqtisadiyyat Materials 31 Mart 2023 17:46 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkının ixrac coğrafiyası genişlənir

Bakı. Trend:

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb.

Trend xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodunun ixrac coğrafiyası genişlənir. Şirkət tərəfindən ilk dəfə olaraq Sloveniyaya məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkəyə 5 min tona yaxın karbamid gübrəsi göndərilib.

İndiyədək müəssisədə istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti