Bakı. Trend:
Azərbaycanın yaşıl enerji dəhlizinin yaradılması üzrə təşəbbüsünü dəstəkləyirik.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara aprelin 3-də Bakıda keçirilən Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda deyib.
Onun sözlərinə görə, ABŞ etibarlı tədarükçü olan, ölkələrə enerji təhlükəsizliyinin təmin olunmasında kömək edən Azərbaycanı həmişə dəstəkləyir.
H.Gevara həmçinin keçirilən forumun əhəmiyyətini qeyd edib. Onun fikrincə, forum ölkələr arasında, həmçinin ABŞ və Azərbaycanı təmsil edən şirkətlər arasında daha sıx əlaqələr qurmağa kömək edəcək.
O həmçinin Azərbaycanın yaşıl enerji sahəsində öz mühüm potensialını reallaşdıra biləcəyinə əminliyini ifadə edib.
Amerikalı diplomat son olaraq ABŞ-nin Azərbaycanda yaşıl enerjinin inkişafına köməklik göstərməyə hazır olduğunu qeyd edib.