...

TUSAŞ-ın aviasiya mühərrikləri Şərqi Anadoluda yüksək hündürlükdə sınaqdan keçiriləcək

İqtisadiyyat Materials 11 Aprel 2023 19:57 (UTC +04:00)
TUSAŞ-ın aviasiya mühərrikləri Şərqi Anadoluda yüksək hündürlükdə sınaqdan keçiriləcək

Bakı. Trend:

TUSAŞ Motor Sanayii A.Ş. (TEI) aviasiya mühərriklərinin müxtəlif hündürlük şəraitində sınaqdan keçirilməsinə imkan verən mobil mühərrik sınaq bloku hazırlayıb.

Trend TurkicWorld-un məlumatına istinadən xəbər verir ki, bu barədə TEI-nin baş direktoru Prof. Dr. Mahmut Faruk Akşit bildirib.

"Mühərrikin dizaynı TEI - yə məxsusdur. Ən böyük çətinliklərdən biri mühərriki təyyarəyə birləşdirməzdən və səmaya qaldırmazdan əvvəl yüksək hündürlük şəraitində sınaqdan keçirməkdir. Mühərrik müxtəlif çətin şəraitlərdə sınaqdan keçirilməlidir ki, uçuş zamanı ən çətin vəziyyətlərdə yaranan problemlər aradan qaldırılsın və mühərrikin rəvan uçuşu təmin edilsin",- deyə direktor bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti