...

16 qurumda 36,7 milyon manat səmərəsiz xərclərə yol verilib

İqtisadiyyat Materials 12 Aprel 2023 17:31 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il 16 qurumda 36,7 milyon manat səmərəsiz xərclərə yol verilib.

Trend bu barədə Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına istinadən xəbər verir.

Uyğunluq auditlərində səmərəsiz istifadə halları aşağıdakı kimi təsnif olunub:

  • 1,3 mln. manat - Audit dövrünün əvvəlində alınsa da, tətbiq edilməyən proqram təminatı
  • 9,9 mln. manat - Audit dövrünün əvvəlində alınsa da, istifadə edilməyən avadanlıq və ya mallar
  • 8,3 mln. manat - Avans ödənişi aparılmış müqavilələrin sonradan dayandırılması
  • 2,7 mln. manat - "Covid-19" və digər səbəblərdən keçirilməyən tədbirlərə xərclər
  • 12 mln. manat - Bağlanılmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulması
  • 0,6 mln. manat - Ehtiyac olmadan iş həcminin artırılması
  • 1,4 mln. manat - Fəaliyyətsiz olan əsas vəsaitə çəkilən xərclər
  • 0,5 mln. manat - Digər səmərəsiz istifadə halları

Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti