...

TUSAŞ tərəfindən istehsal edilən ilk yerli və milli reaktiv təyyarə HÜRJET-in sınaq uçuşu həyata keçirilib

İqtisadiyyat Materials 25 Aprel 2023 18:34 (UTC +04:00)
TUSAŞ tərəfindən istehsal edilən ilk yerli və milli reaktiv təyyarə HÜRJET-in sınaq uçuşu həyata keçirilib

Bakı. Trend:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən ilk yerli və milli reaktiv təyyarə HÜRJET-in sınaq uçuşu həyata keçirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, sınaq uçuşu uğurla tamamlanıb.

Məlumata əsasən, reaktiv təyyarənin 2025-ci ilin sonundan etibarən reaktiv təlimçi variantının təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, HÜRJET hərbi təyyarəsi T-38 və F-5 təyyarələrinin yerinə Türk Hava Qüvvətləri inventarına daxil edilib. Hərbi təyyarənin silahlı variantı da mövcuddur və geniş missiyaları ilə döyüş meydanında mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti