...

Martda Türkiyə Gürcüstana 36 milyon dollarlıq elektrik avadanlıqları ixrac edib

İqtisadiyyat Materials 26 Aprel 2023 12:18 (UTC +04:00)
Martda Türkiyə Gürcüstana 36 milyon dollarlıq elektrik avadanlıqları ixrac edib

Bakı. Trend:

Bu ilin mart ayında Türkiyə Gürcüstana elektrik avadanlıqları məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 40,8 faiz artaraq 35,7 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2023-cü ilin yanvar-mart aylarında Gürcüstana elektrik avadanlıqları məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 44,2 faiz artaraq 15,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,2 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 15,6 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti