...

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi strateji layihələrin BP-yə həvalə edilməsinin qürurunu yaşayırıq - Bəxtiyar Aslanbəyli

İqtisadiyyat Materials 5 May 2023 15:49 (UTC +04:00)
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi strateji layihələrin BP-yə həvalə edilməsinin qürurunu yaşayırıq - Bəxtiyar Aslanbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin, Cənub Qaz Dəhlizi isə Prezident İlham Əliyevin qətiyyəti sayəsində ərsəyə gəldi.

Trend-in xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Heydər Əliyevin enerji strategiyası” adlı paneldə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəyli deyib ki, Cənub Qaz Dəhlizi gündəmə gələndə bəzilərinin üzündə təbəssüm vardı, bunun reallaşacağına inanmırdılar.

“Bir məqamı da qeyd etmək istəyirəm. Neftdən fərqli olaraq, biz qazı yalnız boru kəməri olan ölkələrə sata bilərik. Ona görə də ölkələrlə uzunmüddətli müqavilələr bağlanmalı idi. “Şahdəniz-2” layihəsini də ölkələrlə 25 illik müqavilə imzalandığı üçün həyata keçirmək mümkün oldu. Azəri-Çıraq-Günəşli neft və Şahdəniz qaz kimi strateji layihələrin BP-yə həvalə edilməsinin də qürurunu yaşayırıq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti