...

Azərbaycan Litva şirkətlərini Orta Dəhlizin üstünlüklərindən yararlanmağa dəvət edir

İqtisadiyyat Materials 8 May 2023 12:03 (UTC +04:00)
Azərbaycan Litva şirkətlərini Orta Dəhlizin üstünlüklərindən yararlanmağa dəvət edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Litva şirkətlərini Orta Dəhlizin üstünlüklərindən yararlanmağa dəvət edir.

Trend bazar ertəsi xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vilnüsdə litvalı həmkarı Qabrielius Landsbergislə brifinqdə deyib.

"Bu gün biz həmçinin böyük potensiala malik iqtisadi, tranzit və nəqliyyat əməkdaşlığının dərinləşməsi yollarını öyrəndik. Qeyd etmək istəyirəm ki, Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının aktuallığı daha geniş regiondakı vəziyyətin fonunda daha da böyüyüb. 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit axını təqribən 75 faiz artıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu həcmin ildə 5-8 milyon ton artacağı gözlənilir. Bununla əlaqədar olaraq Litvanın tranzit operatorları və logistika şirkətlərinə Orta Dəhlizin üstünlüklərindən yararlanmağı təklif etdik.

Azərbaycan hazırda böyük həcmdə investisiya, texnologiya və innovasiyaların, intellektual əməyin cəlb edilməsi üzərində çalışır. Litva şirkətlərini və investorlarını Ələt Azad İqtisadi Zonası və ölkəmizin sənaye parklarındakı əlverişli şəraitdən yararlanmağa dəvət edirik. Bu zonalarda istehsalatın təşkili üçün çoxlu sayda iqtisadi güzəştlər təklif olunur", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti