...

Dəmir yolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayı kəskin artıb

İqtisadiyyat Materials 23 May 2023 09:31 (UTC +04:00)
Dəmir yolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayı kəskin artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-aprel aylarında 5,9 milyon ton yük, 2077,4 min sərnişin daşınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,4 faiz, sərnişin daşınmasında isə 54,8 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 437 vaqon yüklənib, 417 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 22,2 min ton, Qərb istiqaməti üzrə 3,0 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Ümumilikdə 2023-cü ilin yanvar-aprel aylarında nəqliyyatçılar 578,6 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti