...

Aprel ayında Türkiyədə İran kapitalı ilə 300-dən çox şirkət qeydiyyata alınıb

İqtisadiyyat Materials 25 May 2023 08:26 (UTC +04:00)
Aprel ayında Türkiyədə İran kapitalı ilə 300-dən çox şirkət qeydiyyata alınıb

Bakı. Trend:

2023-ci ilin aprel ayında Türkiyədə İran kapitalı ilə 302 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 92 şirkət çoxdur.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan İran şirkətlərinin sayının azalması ilə bərabər, onların ümumi kapıtalıda azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 176,6 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 166,3 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (232) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 144,2 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin aprel ayında Türkiyədə İran kapitalı ilə 141 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti