Bakı. Trend:
OPEC+ ölkələrinin nazirləri bu gün Vyanada görüşəcəklər.
Trend xəbər verir ki, görüş zamanı alyansın neft hasilatı ilə bağlı gələcək planlar müzakirə olunacaq.
Qeyd edək ki, nazirlərin son görüşü 2022-ciu ilin oktyabrında keçirilib və tərəflər noyabr ayından hasilatı sutkada 2 milyon barel (b/d) azaltmağa razılaşıblar.
Bu ilin aprelində bir neçə OPEC+ ölkəsi may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq əlavə azaldacağını elan edib.